
SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü təşkil olunacaq.
Aksiya Mingəçevir Gənclər Evində baş tutacaq.
“Səyyar qəbul otağı” fevral ayının 9-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.