Daxili İşlər Nazirliyi bəzi xəbər saytlarında və sosial  şəbəkələrdə Samux rayonunda Feruz Rüstəmov adlı sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələyə aydınlıq gətirib:

“Məlumat üçün qeyd edim ki, 2020-ci ilin dekabr ayının 16-da Samux rayon sakinləri Ziya Məmmədov və Hafiz Abbasov DİN-nin “102 Zəng Xidməti” Mərkəzinə, daha sonra Samux rayon Polis Şöbəsinə müraciə edərək özlərinə məxsus iki baş atın Feruz və Elçin adlı şəxslər tərifindən ov tüfəngi ilə güllələndiyini bildirib. Müraciətlə əlaqədar RPŞ-nin və 67 saylı baytarlıq idarəsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb. Heyvan cəsədlərinə baxış keçirilən zaman hər hansı bir ov tüfənginə məxsus qırma və ya güllə izi aşkar edilməyib. Ekpert-baytarın verdiyi rəyə əsasən, heyvanların vəhşi heyvanın hücumu nəticəsində öldüyü üzə çıxıb və heyvan sahibləri ekpertizanın rəyi ilə razılaşdıqlarını bildiriblər.
Bunda başqa, sahibkar Feruz Rüstəmovun icarəyə götürdüyü ərazidə ağacların qırılması iddiası əsasında hazırda həmin əraziyə Ekologiya və Təbii Sərvətlər nazirliyinin regional idarəsinin əməkdaşları dəvət olunub, baxış keçirilir. Əgər fakt öz təstiqini taparsa məsələyə hüquqi qiymət veriləcək”.

İstinadlar Qafqazinfo