Rusiya Federasiyasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 22-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb.