Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Fidan: Türkiyə Suriyanın dünyaya yenidən inteqrasiyası üçün çalışmağa davam edir
  • Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
  • Fidan: Türkiyə olaraq Ukraynanın ərazi bötövlüyünü dəstəkləyirik
  • Rütte: Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib
  • “Prezident Azərbaycan Ordusunun fəaliyyətindən razıdır” – Zakir Həsənov
  • Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
  • Lavrov: Rusiyanın məqsədi Ukrayna ilə sadəcə atəşkəsi razılaşdırmaq deyil
  • Pakistanın Dövlət naziri “Caspian Agro 2025” sərgisində – Fotolar
  • NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir
  • KİV: Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü ləğv edilməyib
  • Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
  • “Prezident Azərbaycan Ordusunun fəaliyyətindən razıdır” – Zakir Həsənov
  • Lavrov: Rusiyanın məqsədi Ukrayna ilə sadəcə atəşkəsi razılaşdırmaq deyil
  • Pakistanın Dövlət naziri “Caspian Agro 2025” sərgisində – Fotolar
  • Zelenski: Türkiyəyə səfərim Putin üçün “çox aydın siqnal”dır
  • DGK sədri Yardımlıda vətəndaşları qəbul edib
  • Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olundu – Fotolar
  • Zelenski Ankaradadır – Video
  • Fuad Sadıqov: “Bu il kənd təsərrüfatı üzrə sığorta ödənişləri iki dəfə artacaq”
  • Atası ilə qardaşını yanğından xilas etmək istədi, həyatından oldu – Foto
  • Zaxarova: Sergey Lavrovun Ermənistana səfəri hazırlanma mərhələsindədir
  • KİV: Ukrayna nümayəndə heyəti İstanbulda yalnız 30 günlük atəşkəsi müzakirə edəcək
  • Siyasi dəstəyə görə Prezidentə təşəkkür etdi
  • Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb
  • Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başladı
  • “Mənə dəfələrlə xəyanət edib, hamısını bağışlamışam…”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Sahibə Qafarova deputatın bu çıxışına etiraz etdi – Video
22/04/2025 22:37
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
15/05/2025 15:50
Zelenski Ankaradadır – Video
15/05/2025 14:05
10.4 kilometr magistral su xətti çəkilir – Video
15/05/2025 12:47
Liftdə qalan 5 nəfər xilas edildi – Video
15/05/2025 09:41
“Avtoş”luq edən şəxs həbs olundu – Video
14/05/2025 16:14
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
14/05/2025 15:03
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
14/05/2025 13:08
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
14/05/2025 12:42
Sumqayıtda yanğın – Video
14/05/2025 11:38
“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video
14/05/2025 10:44
Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video
14/05/2025 10:05
Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video
13/05/2025 14:32
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
13/05/2025 11:34
Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video
13/05/2025 09:59
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
12/05/2025 16:23
Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
12/05/2025 10:08

Video xəbərlər

  • Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
  • Zelenski Ankaradadır – Video
  • 10.4 kilometr magistral su xətti çəkilir – Video
  • Liftdə qalan 5 nəfər xilas edildi – Video
  • “Avtoş”luq edən şəxs həbs olundu – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

15/05/2025
15:53 Fidan: Türkiyə Suriyanın dünyaya yenidən inteqrasiyası üçün çalışmağa davam edir
15:50 Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
15:47 Fidan: Türkiyə olaraq Ukraynanın ərazi bötövlüyünü dəstəkləyirik
15:44 Rütte: Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib
15:43 “Prezident Azərbaycan Ordusunun fəaliyyətindən razıdır” – Zakir Həsənov
15:40 Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
15:38 Lavrov: Rusiyanın məqsədi Ukrayna ilə sadəcə atəşkəsi razılaşdırmaq deyil
15:35 Pakistanın Dövlət naziri “Caspian Agro 2025” sərgisində – Fotolar
15:22 NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir
15:20 KİV: Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü ləğv edilməyib
15:17 Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
15:14 ADA Universiteti və “Bayraktar Texnoloji Azərbaycan” Memorandum imzalayıblar
15:08 “Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15:04 Tramp: Qətər “Əl-Udeyd” aviabazasına 10 milyard dollar ayıracaq
15:01 Milli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək
14:59 Zelenski: Türkiyəyə səfərim Putin üçün “çox aydın siqnal”dır
14:58 London ICAO-nun Rusiya ilə bağlı qərarını “tarixi” hesab edir
14:56 Zərərçəkmiş: Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi
14:38 Türkiyədə həftə ərzində 7-si terrorçu olmaqla 192 nəfər sərhəddə saxlanılıb
14:37 DGK sədri Yardımlıda vətəndaşları qəbul edib
14:35 Lavrov: Ukrayna ilə bağlı İstanbul danışıqlarına şans verilməlidir
14:32 Ərdoğan Zelenski görüşü başlayıb
14:28 Bilal Kayani: “Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayəsi üzrə danışıqlar intensivləşib” – EKSKLÜZİV
14:26 Trampın ad günü ilə ABŞ ordusunun yubileyinə həsr olunmuş parada çəkiləcək xərc açıqlanıb
14:20 Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olundu – Fotolar
14:15 Xarici nümayəndələr Fəxri və Şəhidlər xiyabanları ilə Zəfər parkında – Fotolar
14:05 Zelenski Ankaradadır – Video
13:46 Fuad Sadıqov: “Bu il kənd təsərrüfatı üzrə sığorta ödənişləri iki dəfə artacaq”
13:44 Atası ilə qardaşını yanğından xilas etmək istədi, həyatından oldu – Foto
13:41 Azərbaycan metanol istehsalını 4 %-dən çox artırıb
13:38 Zaxarova: Sergey Lavrovun Ermənistana səfəri hazırlanma mərhələsindədir
13:35 KİV: Ukrayna nümayəndə heyəti İstanbulda yalnız 30 günlük atəşkəsi müzakirə edəcək
13:32 İtkin düşən qadının axtarışları davam etdirilir
13:29 Zelenskinin təyyarəsi Ankarada eniş edib
13:28 IEA: Azərbaycan apreldə “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
13:25 Siyasi dəstəyə görə Prezidentə təşəkkür etdi
13:23 Bu il 42 üçəm doğulub
13:20 Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb
13:17 Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başladı
13:17 FAO: Temperaturun cüzi artımı fermer üçün böyük fərq yaradır
13:14 Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi
13:14 “Mənə dəfələrlə xəyanət edib, hamısını bağışlamışam…”
13:11 Azərbaycan istehsalçıları ştrixkodu necə alır, bununla nə əldə edir? – ARAŞDIRMA
13:08 Fransa XİN: Ukraynada atəşkəs olmadan sülh danışıqları mümkün deyil
13:04 Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti tapıldı
13:02 Mədədə yanğı hissi nəyin əlamətidir? – Dr. Ülvi İbrahimov
12:59 Təcridxanaya diş pastasının içində narkotik keçirmək istədilər – Foto
12:58 İstanbul danışıqlarında iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıb
12:56 Nikahların sayı artıb, boşananların sayı azalıb
12:55 Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını “sadəlövh” adlandırıb
12:53 Əhalinin yeni sayı – Açıqlandı
12:52 Azərbaycanda aqrar sektor 2 %-ə yaxın böyüyüb
12:50 Azərbaycanda əmtəəlik qaz hasilatı 4 ayda 1 %-dən çox artıb
12:47 10.4 kilometr magistral su xətti çəkilir – Video
12:44 DSK: Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
12:41 Finlandiya XİN başçısı: Aİ Rusiyaya qarşı 18-ci sanksiya paketi hazırlamağı planlaşdırır
12:38 Sabah hava necə olacaq?
12:35 Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib
12:34 Səfir: Macarıstan Qarabağın azad olunmuş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırdır
12:32 Teymur Kərimovun cəzası azaldıldı

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Sahibə Qafarova deputatın bu çıxışına etiraz etdi – Video

Multimedia 22/04/2025 22:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun müzakirəsi zamanı deputat Səyyad Salahlının çıxışı birmənalı qarşılanmayıb.

Deputatın “Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar” deməsinə spiker Sahibə Qafarova etiraz edib.

“Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilə bunlar?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?!” – S.Qafarova bildirib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Multimedia 15/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zelenski Ankaradadır – Video

Multimedia 15/05/2025 14:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. 

Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. 

Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

***

Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

10.4 kilometr magistral su xətti çəkilir – Video

Multimedia 15/05/2025 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.

Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.

Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.

Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir.  Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb. 

Oxumağa dəyər:   Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.

Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Multimedia 15/05/2025 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Multimedia 14/05/2025 16:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.

Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Multimedia 14/05/2025 15:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır: 

“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”. 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Multimedia 14/05/2025 13:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir. 

Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.

Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Multimedia 14/05/2025 12:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda yanğın – Video

Multimedia 14/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Multimedia 14/05/2025 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Multimedia 14/05/2025 10:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.

M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Oxumağa dəyər:   Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib

Sözügedən görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Multimedia 13/05/2025 14:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Multimedia 13/05/2025 11:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.

Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.

Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.

Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Multimedia 13/05/2025 09:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli böyrək çatışmazlığından vəfat edib.

Səlbi dünən Bakıda dəfn edilib.

Dəfn mərasimində çoxsaylı ictimaiyyət nümayəndələri, icra başçıları, incəsənət və mədəniyyət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.

Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Multimedia 12/05/2025 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.

Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlamış, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.

Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edib, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.

Oxumağa dəyər:   Bilal Kayani: "Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayəsi üzrə danışıqlar intensivləşib" - EKSKLÜZİV

Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.

Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions”un təqdim etdiyi qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.

Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.

Oxumağa dəyər:   Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Multimedia 12/05/2025 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.

Onlar tanınmış bloqerlərin də reklam etdiyi bu şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.

Zərərçəkənlərdən birinin sözlərinə görə, “Daşqın əmlak ofisi” adlanan şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.

Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış bloqerlər olub: “Miri və Tərlan adlı bloqerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.

Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var: “10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.

Oxumağa dəyər:   Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

“TikTok”da bloqer Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib: “Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.

Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
Multimedia 07/05/2025 12:56

Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana – Hökm oxundu – VİDEO

Read more
Multimedia 07/05/2025 11:59

FHN mülki müdafiə məşqi keçirdi – Video

Read more
Hadisə 07/05/2025 11:18

Sabirabadda 1000 kv metrə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla