Azərbaycan və Belarus strateji tərəfdaşlıq və sıx qarşılıqlı əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətləri birləşdirir.

Bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Belarus Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşü zamanı bildirib.

“Ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına böyük təkan prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko arasındakı əlaqələr olub. Onların çoxsaylı səfərləri xalqlarımız arasında dostluğun möhkəmlənməsi prosesini təsdiqləyir. Xüsusilə qeyd etmək istəyirəm ki, Aleksandr Lukaşenkonun ötən ilin mayında Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin gücünün və dərinliyinin daha bir sübutudur”, – S.Qafarova vurğulayıb.

O, həmçinin qeyd edib ki, Belarus Azərbaycanın strateji tərəfdaşıdır. “Ölkələrimiz arasında 170-dən çox sənəd imzalanıb. Əminəm ki, bu say artacaq”, – Milli Məclisin sədri bildirib.

İstinadlar Report