
Avropa Şurası Parlament Assambleyasında baş verən son proseslər ölkəmizə qarşı yalan kampaniyasının tərkib hissəsidir.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib.
Onun sözlərinə görə, AŞPA dialoq və əməkdaşlıq platforması olmalıdır. Halbuki AŞPA-da ciddi ikili standartlar müşahidə olunur.
Ermənistanın və onun havadarlarının “etnik təmizləmə”, “Azərbaycanın yeni müharibə istəyi” adı altında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini və ölkəmizə qarşı yalan kampaniyasını pisləyən S.Qafarova diqqətə çatdırıb ki, keçən ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra ərazilərə səfər etmiş 3 BMT missiyası, mülki infrastruktur və dinc əhali arasında heç bir itki qeydə almayıb.