İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhərində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından və Naxçıvan şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.