“Şahdəniz 2” layihəsi çərçivəsində “Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb.

Bu barədə bp şirkətindən bildirilib.

Məlumata görə, ilin əvvəllərinə planlaşdırılmış bu hadisə tam təhlükəsiz şəkildə yerinə yetilirilib.

Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi.

Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

İstinadlar Report