İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi https://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

İstinadlar Qafqazinfo