“Almaniya üçün Alternativ” (AfD) sağçı partiyası seçkiqabağı proqramın son layihəsində ölkənin Avropa İttifaqından (Aİ) çıxmasında israr edir.
Məlumata görə, seçkiqabağı proqram layihəsi yanvarda AfD-nin partiya qurultayında müzakirə olunacaq və qəbul ediləcək.
“Biz Almaniyanın Avropa İttifaqından çıxmasını və yeni Avropa birliyinin yaradılmasını zəruri hesab edirik”, – sənəddə bildirilib.
AfD Aİ-ni maraqlar və iqtisadiyyat üzrə birliklə əvəz etmək istəyir. Bunun üçün ölkə konstitusiyasındakı Avropa maddələrinin dəyişdirilməsi üçün ümumxalq səsverməsi keçirilməlidir.