Xəbər verdiyimiz kimi, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Saxlananalardan biri – XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadədir.

O, “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

Qeyd edək ki, Azərbaycanı 2010-cu ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Drip-drop” mahnısı ilə təmsil edən Safura Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Onun bu evlilikdən üç övladı var.
Safura Əlizadənin atası həbs edildi

İstinadlar Oxu.az