Ötən il “yaşıl enerji”yə yatırılan investisiyalar 2023-cü illə müqayisədə 21 % artıb.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.