
İylun 12-də Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda Sabunçu Gənclər Evində konfrans keçirilib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb.
Qeyd olunub ki, 14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gündür. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verib.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirib ki, Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz 14 iyul 1969-cu ildən götürür.
Daha sonra çıxış edən Bilgəh Sağlamlıq Mərkəzinin baş həkimi Çingiz İbadullayev, əməkdar müəllim Gülnaz Abdullayeva bildiriblər ki ki, ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan yeni inkişaf mərhələsində qədəm qoyub və bütün sahələrdə böyük nəaliyyətlər əldə edib.
Sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə baxmayaraq ümummilli lider Azərbaycan xalqının gələcəyini hədəf götürüb, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olub.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.