
27 sentyabr – Anım Günü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə şəhid məzarları ziyarət olunub və ümumrayon anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələrinin iştirakı ilə rayonun qəsəbələrində şəhidlərin məzarları ziyarət edilib, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilin.
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən “Şah dərgahı” mərasim evində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi açılıb.
Mərasimdə Bakıxanov qəsəbəsində yerləşən İmam Rza məscidinin imamı Əmirxan Tahirov tərəfindən şəhidlərin əziz ruhuna dualar oxunub.