
Bakının Sabunçu rayonunda 43 yaşlı qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Hacıyeva Səbinə Arif Qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.