Şabran rayonunun Gəndov kəndi ərazisində – Vəlvələçay-Taxtakörpü kanalında naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə FHN məlumat yayıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo