Şabran rayonunun mərkəzində fərdi yaşayış evi yanıb, azyaşlılar xəsarət alıb.

Hadisə rayonun Nizami küçəsində Zaur Niyazova məxsus  fərdi yaşayış evində baş verib.

Yanğın zamanı 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov müxtəlif xəsarətlərlə və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər azyaşlıların vəziyyətinin ağır olduğunu  bildirirlər.

Yanğın Fövqəladə Hallar Nazirliyinin  Şabran Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu

İstinadlar Qafqazinfo