
Şabranda divar məhəllədə oynayan uşaqların üstünə aşıb.
Bədbəxt hadisə, Şabran şəhəri, M. Əsədov küçəsində qeydə alınıb.
Məhəllədə yaşayış olmayan evin yanında oynayan uşaqların üstünə divar aşması nəticəsində, 2011-ci il təvəllüdlü Fəqan Ruslan oğlu Məmmədov hadisə yerində ölüb, 2011-ci il təvəllüdlü Pənah Zaur oğlu Məmmədov və 2007-ci il təvəllüdlü İlkin Mahir oğlu Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan uşaqlara Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.