
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şabran rayonu Ağalıq kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Vasif İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. V.İsmayılovun həyat yoldaşı, 1984-cü il təvəllüdlü İsmayılova Könül Rəsul qızı hadisə yerində dünyasını dəyişib.
Yarali rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli