Şabranda 65 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04:00 radələrində yaşadığı evdən “Mersedes” markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.

İstinadlar Report