Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.

Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti tapılıb.

Onun cəsədini dalgıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında tapıblar.

Qeyd edək ki,onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı idilər.

Mübariz Muradov