Sabirabadda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

İstinadlar Report