Sabirabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisə rayonun Yaxadəllək kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Bayramova Günel Eldar qızı və Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Səmədova Gülnar Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

İstinadlar Report