Sabirabadda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtomobil traktorla toqquşub.

Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Üç nəfər; Sabirabadın Çiçəkli kənd sakinləri – 1987-ci il təvəllüdlü Məmmədov Vüsal Vaqif oğlu, 2010-cu il təvəllüdlü Məmmədov Rəhman Vüsal oğlu və 1993-cü il təvəllüdlü Xankişiyev Şəmistan Sabir oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İstinadlar Report