Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.
Füzuli rayon sakini 1993 -cü il təvəllüdlü Rüstəmov Fərid Həsrət oğlunun idarə etdiyi 90 UU 813 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yolu keçən Hacıbəbir kənd sakini 1953-cü il təvəllüdlü Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.

İstinadlar APA