Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.

Hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Əliyev Əlixudaya məxsus fərdi yaşayış evi anidən alovlanıb.

FHN nin Sabirabad Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri yanğını söndürüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.

İstinadlar Report