Sabirabadda evdən 10750 dollar və qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barərədə “Report” a Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

İstinadlar Report