Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.

Hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən kənd sakini, 2005-ci il təvəllüdlü Babayeva Aytac Canəli qızı zəhərlənib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.

İstinadlar Report