Sabirabadın iki sakini vışkadan yıxılıb, biri ölüb, digəri isə yaralanıb.

Hadisə Salyan-Biləsuvar sərhəddində qeydə alınıb.

İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.

Hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb.

Digər yaralı A. Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.

Qeyd edək ki, hər iki sakinin Azərenerjinin əməkdaşları olduğu bildirilir.

İstinadlar Report