Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qalağayın kənd sakinləri – 1948-ci il təvəllüdlü Kərimov Aydın Əhməd oğlu və 1986-cı il təvəllüdlü Əliyev Xəyal Nəbi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İstinadlar Report