
İcmalar öz məsuliyyətlərini bölüşməli və Qlobal Cənubun problemlərini aradan qaldırmaq üçün həll yolunu tətbiq etməlidirlər.
Bunu Ekvadorun keçmiş xarici işlər naziri Luis Qalleqos Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.
Onun sözlərinə görə, dayanıqlı dünya nizamının qurulması istiqamətində bütün ölkələrin cəmiyyətləri birləşməlidirlər:
“Bütün xalqların ləyaqətli həyat sürməsi üçün əmək sərf edilməlidir. Buna nail ola bilmək üçün birlik, davamlı proseslər lazımdır. Hamı üçün rifahın təmin olunması önəmlidir.