Görkəmli inşaatçı-mühəndis, sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev qəflətən ürək tutmasından vəfat edib.

Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. İş fəaliyyətinə yol təmir və tikinti trestində baş mühəndis kimi başlayıb.

1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib.

1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini – nazir vəzifəsini müvəqqəti icra edib. Sonra 1993-cü ildən 2004-cü ilədək Azərsənayetikinti Dövlət Şirkətində vitse-prezident, Azərsənayetikinti Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi çalışıb və tikinti sahəsində yüksək xidmətlərinə görə bir cox mükafatlara layiq görülüb.

Allah rəhmət eləsin!

 

İstinadlar Qafqazinfo