Sabiq məhkəmə hakimləri Məhəmməd Əkbərov və Ələddin Cəfərov vəkilliyə başlayır.

Eks-hakimlər Vəkillər Kollegiyasının üzvü seçiliblər. Bundan sonra onlar fəaliyyətlərini vəkil kimi davam etdirəcəklər.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib. O, ötən il yaş həddi ilə bağlı təqaüdə göndərilib. M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

Ələddin Cəfərov isə uzun illər Nəsimi, Yasamal və Nizam rayonlarında məhkəmə sədri və hakim işləyib. O, 2022-ci ildə yaş həddi ilə bağlı təqaüdə göndərilib. Ə. Cəfərov, həmçinin Hakimlər Assosiasiyaları İttifaqının sədridir.

Sail Ağasəlim

İstinadlar Qafqazinfo