Sentyabrın 22-dən etibarən 160 nömrəli marşrut xətti (“Koroğlu” NMM – Binə qəs. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

– Yeni Ramana 141 Sabunçu rayonu

– Yeni Ramana 233 Sabunçu rayonu

– Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəs.)

– Südçülük (Binə qəs.)

– Mehriban Qonşular küç. (Binə qəs.)

– Nizami Abbasov 24 (Binə qəs.)

İstinadlar Qafqazinfo