
Estoniyanın paytaxtı Tallin şəhərində fevralın 21-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək.
Bu barədə “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev məlumat verib.
Onun sözlərinə görə, tədbir Azərbaycanın Estoniyadakı səfirliyini təşkilatçılığı ilə Vabamu/Azadlıq muzeyində baş tutacaq.