Sabah İmişlinin 41, Biləsuvarın 11 və Saatlının 1 yaşayış məntəqəsində qaz kəsiləcək.
“Mişli” QPS-i təbii qazla təmin edən, diametri 325 mm-lik yüksək təzyiqli qaz xətti üzərində yeni qaz ölçü qovşağına aid texnoloji düz sahənin quraşdırılması ilə bağlı 1 ədəd Dş300 mm-lik kürəvi kranın, 1 ədəd Dş300 mm-lik siyirtmənin, 2 ədəd Dş150 mm-lik kürəvi kranın, 1 ədəd Dş200 mm-lik siyirtmənin və diametri 159 mm-lik əlaqələndirici xəttin quraşdırılması nəzərdə tutulur.
Bununla bağlı olaraq sabah saat 09:00-dan işlər başa çatanadək, ümumilikdə 28 332 abonenti olan İmişli rayonu tam olaraq (İmişli şəhəri, 2 qəsəbə, 39 kənd, eyni zamanda Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 məcburi köçkünlər qəsəbəsi), həmçinin, Saatlı rayonu Məzrəli kəndində (226 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.