Sabah İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) Media və İnformasiyadan məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin 9-cu iclası keçiriləcək.

Toplantıda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Toplantı çərçivəsində TDT-yə üzv dövlətlər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstan ilə Türkmənistanın dövlət rəsmiləri bir araya gələrək bu sahə üzrə birgə araşdırmalar və layihələr, eləcə də media və kommunikasiya üzrə əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Proqram çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclasların keçirilməsi nəzərdə tutulur.

İstinadlar Report