“Dairə seçki komissiyalarının qərarları barədə şikayətlərə baxılmasının müddəti sentyabrın 11-də bitəcək”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“MSK-da 5 şikayət araşdırılır. Sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq”, – deyə MSK sədri qeyd edib.
Sədr əlavə edib ki, ATƏT-in müşahidə missiyasının Azərbaycanda fəaliyyəti artıq başa çatıb:
“ATƏT-in müşahidəçiləri ilə görüş keçirilib və bildirilib ki, MSK seçkilərin keçirilməsinə məsul qurumdur”.
Daxilqızı