AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • DİM-dən fəlsəfə doktoru olmaq istəyənlərə çağırış
  • Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər
  • İran altılı platformanı dəstəkləyir
  • Dünənki partlayışda özü öldü, qızının axtarışları davam edir
  • “SpaceX” şirkəti rekord sayda peyk buraxıb
  • “WhatsApp” 30 milyondan çox istifadəçi itirib
  • Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib
  • Hindistanda hərbi helikopter qəzaya uğrayıb
  • Braziliyada virusdan ölənlərin sayı 217 mini keçdi
  • Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
  • Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər
  • İran altılı platformanı dəstəkləyir
  • “SpaceX” şirkəti rekord sayda peyk buraxıb
  • “WhatsApp” 30 milyondan çox istifadəçi itirib
  • Tunisdə 1 200-dən çox nümayişçi saxlanılıb
  • Niderlandda etiraz aksiyalarında 150-dən çox insan saxlanılıb
  • Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı
  • Bakıda şirniyyatı antisanitar şəraitdə hazırlayan obyekt aşkarlandı
  • General Etibar Mirzəyev hadisə yerində – VİDEO
  • Aİ-dən kənara peyvənd daşınması məhdudlaşdırılacaq
  • ABŞ İranla dialoqa başlamaq niyyətindədir
  • AŞ Azərbaycan və Ermənistana müharibənin nəticələrini aradan qaldırmaq üçün tövsiyələr verəcək
  • Keçmiş köçkünlər xüsusi proqramla dədə-baba yurdlarına qaytarılacaq
  • Xırdalandakı partlayışdan – Fotolar – VİDEO
  • Prezident “BakuBus”ı başqa idarəetməyə verdi
  • Azərbaycanda yoluxanların sayı 100-dən aşağı düşdü
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Sabah sizi burda görməyək! – Zabitimizdən erməni hərbçilərə xəbərdarlıq + Video
27/11/2020 13:05
General Etibar Mirzəyev hadisə yerində – VİDEO
25/01/2021 22:12
Füzulinin Dövlətyarlı kəndi – Video
25/01/2021 20:09
Xırdalandakı partlayışdan – Fotolar – VİDEO
25/01/2021 20:07
250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video
25/01/2021 19:27
Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO
25/01/2021 18:34
FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video
25/01/2021 17:57
Füzulinin daha bir kəndindən videogörüntülər
25/01/2021 17:17
Bakıda oğurluq edən dəstə tutuldu – Video
25/01/2021 17:02
Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçiləri – VİDEO
25/01/2021 15:52
Türkiyədə 117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb – VİDEO
25/01/2021 14:53
Fərman buna görə gəmidə qalıbmış… – Video
24/01/2021 23:37
Bakıda yaşayış binasında yanğın – Video
24/01/2021 19:07
Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər
24/01/2021 17:59
Qadağanın son günündə Ələt postunda tıxac – Video
24/01/2021 16:47
Fərhad da, Polad da, Bülbül də öz yuvasında… – Video + Fotolar
24/01/2021 15:54
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto
24/01/2021 12:42

Video xəbərlər

  • General Etibar Mirzəyev hadisə yerində – VİDEO
  • Füzulinin Dövlətyarlı kəndi – Video
  • Xırdalandakı partlayışdan – Fotolar – VİDEO
  • 250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video
  • Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

26/01/2021
10:02 DİM-dən fəlsəfə doktoru olmaq istəyənlərə çağırış
09:49 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər
09:47 İran altılı platformanı dəstəkləyir
09:37 Dünənki partlayışda özü öldü, qızının axtarışları davam edir
09:34 “SpaceX” şirkəti rekord sayda peyk buraxıb
09:32 “WhatsApp” 30 milyondan çox istifadəçi itirib
08:37 Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib
08:17 Hindistanda hərbi helikopter qəzaya uğrayıb
07:37 Braziliyada virusdan ölənlərin sayı 217 mini keçdi
06:52 Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
05:52 Ölkələrin qlobal müdafiə xərcləri 1,9 faiz artıb
05:32 “Trampın impiçmentinin tərəfdarları kifayət qədər səs toplaya bilməyəcək”
05:22 Sorğu: Əksər amerikalılar Baydeni dəstəkləyir
04:49 Trampın impiçmenti haqqında qətnamə Senata təqdim edildi
04:47 Tunisdə 1 200-dən çox nümayişçi saxlanılıb
04:02 Niderlandda etiraz aksiyalarında 150-dən çox insan saxlanılıb
02:17 Merkel Baydenlə telefonla danışıb
01:32 Teledərslərin bu günə olan cədvəli
01:12 Mikayıl Cabbarov: “İşğaldan azad edilmiş ərazilərdə 132 yaşayış məntəqəsi tamamilə dağıdılıb”
00:37 Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı
25/01/2021
23:52 Avropa vətəndaşlarının ABŞ-a giriş məhdudiyyəti qüvvədə qaldı
23:32 Bakıda şirniyyatı antisanitar şəraitdə hazırlayan obyekt aşkarlandı
23:22 İtaliyanın baş naziri istefa verəcək
22:52 Partlayışda xəsarət alanların adları – Siyahı
22:37 İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır
22:22 Braziliyada avtobus qəzası, 21 nəfər ölüb
22:12 General Etibar Mirzəyev hadisə yerində – VİDEO
21:49 “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı – Açıqlama
21:47 Bayden transgenderlərin ABŞ ordusunda xidmətinə icazə verdi
21:22 Sahibkarın meşələri qırması və heyvanları güllələməsi iddiası ilə bağlı – Açıqlama
21:17 Aİ-dən kənara peyvənd daşınması məhdudlaşdırılacaq
21:02 ABŞ İranla dialoqa başlamaq niyyətindədir
20:57 AŞ Azərbaycan və Ermənistana müharibənin nəticələrini aradan qaldırmaq üçün tövsiyələr verəcək
20:54 Baş nazir: “İşğaldan azad edilən ərazilər vahid konsepsiya əsasında bərpa ediləcək”
20:52 Çin ilə Hindistan arasında razılaşma əldə olundu
20:42 Keçmiş köçkünlər xüsusi proqramla dədə-baba yurdlarına qaytarılacaq
20:37 İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
20:09 Füzulinin Dövlətyarlı kəndi – Video
20:07 Xırdalandakı partlayışdan – Fotolar – VİDEO
19:32 Dağıntılar altında qalanlar var – Partlayışla bağlı açıqlama
19:27 250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video
19:04 Prezident “BakuBus”ı başqa idarəetməyə verdi
18:57 Lütfi Zadənin 100 illiyi qeyd ediləcək – Sərəncam
18:52 Sevdanın intiharı ilə bağlı araşdırma aparılır
18:37 Azərbaycanda yoluxanların sayı 100-dən aşağı düşdü
18:34 Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO
18:32 Pandemiya səbəbindən itirilən iş vaxtı bəlli oldu
18:22 Türkiyə qırıcıları Aralıq dənizinin üzərində uçuş edib
18:17 Hikmət Hacıyev ADA-da media üzrə keçirilən seminarda iştirak edib – Foto
18:09 Aclıq aksiyası keçirən Əfqan Sadıqovla bağlı – Açıqlama
18:07 Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı
18:02 Azərbaycanlı deputat AŞPA-da erməni həmkarına: “Azərbaycan öz torpaqlarını azad edib”
17:57 FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video
17:47 İstanbulda naməlum şəxs rusiyalılara hücum edib, yaralılar var
17:36 Zərif: “Azərbaycan ərazilərinin işğalına son verilməsi bölgədə sülh və əməkdaşlıq üçün yaxşı fürsət yaradır”
17:34 Putin Rusiyada keçirilən mitinqlərə münasibət bildirib
17:32 Ceyhun Bayramov: “Vətən müharibəsi zamanı İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi”
17:27 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü – Fotolar +
17:22 Koronavirusdan ölən məhkum olmayıb
17:19 Rusiyalı ekspert: “İlham Əliyev görkəmli siyasi xadim olduğunu sübut etdi”

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Sabah sizi burda görməyək! – Zabitimizdən erməni hərbçilərə xəbərdarlıq + Video

Xəbər 27/11/2020 13:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, bu gün 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

“Bura bizim ərazimizdir, rədd olun burdan”, – Azərbaycan Ordusunun zabiti deyib.

Erməni tərəfinin təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər onlara vaxt verib:

Oxumağa dəyər:   Fransada kvant kompüteri yaradılacaq

“Onlar (Azərbaycan əsgərləri – red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!”

InstagramdaInstagramda izlə
Telegram-da izlə

General Etibar Mirzəyev hadisə yerində – VİDEO

Multimedia 25/01/2021 22:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Füzulinin Dövlətyarlı kəndi – Video

Multimedia 25/01/2021 20:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Füzuli rayonunun Dövlətyarlı kəndindən videogörüntülər yayıb. 

“Qafqazinfo” həmin görüntüləri təqdim edir: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xırdalandakı partlayışdan – Fotolar – VİDEO

Multimedia 25/01/2021 20:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Xırdalanda 27-ci məhəllədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Hadisə yerindən fotoları təqdim edirik:





InstagramdaInstagramda izlə
Telegram-da izlə

250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video

Multimedia 25/01/2021 19:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb.

ETSN-dən “Qafqazinfo”ya bildirilib ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək fərdi təsərrüfatında qırqovul yetişdirən Elşad Alxasova vəhşi təbiətə töhfə verdiyi üçün təşəkkür edirik”, – deyə nazirlikdən bildirilib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO

Multimedia 25/01/2021 18:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gömrükçülər avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda “Renault” markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub.

Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə – tiryək aşkar edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video

Multimedia 25/01/2021 17:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib. 

Müraciətdə deyilir:

“Dağlıq ərazilərdə yaşayan, eləcə də, dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, fəslə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən, dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”.

Bildirilib ki, ilk baxışdan aldadıcı görünsə də, günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

Oxumağa dəyər:   Türkiyə qırıcıları Aralıq dənizinin üzərində uçuş edib

Həmçinin, vurğulanıb ki, təhlükə zamanı 112-yə zəng etmək lazımdır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Füzulinin daha bir kəndindən videogörüntülər

Multimedia 25/01/2021 17:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Füzuli rayonunun Kürdlər kəndindən video yayımlayıb.

“Qafqazinfo” həmin görüntüləri təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda oğurluq edən dəstə tutuldu – Video

Multimedia 25/01/2021 17:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili işlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar.

Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.

Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçiləri – VİDEO

Multimedia 25/01/2021 15:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərinin sayı açıqlanıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, uzun illər işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi, tarixi ədalətin bərpa olunması uğrunda gedən döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

Onlardan 66 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 346 nəfəri yaralanıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyədə 117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb – VİDEO

Multimedia 25/01/2021 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Yalova şəhərinin Çiftlikköy rayonunda yaşayan 117 yaşlı Zeliha Barlas adlı qadın əlləri ilə hördüyü rəngarəng 115 cüt corabı Silahlı Qüvvələrə bağışlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nənənin əl işi ağır şəraitdə xidmət edən Şırnakdakı Kureşin Təpə bazasındakı hərbçilərə təhvil verilib. Həmçinin əsgərlərə Z.Barlasın səmimi məktubu da paylanıb.

Zeliha nənənin məktubunu oxuyan mehmetçiklər corabları geyərək əməliyyat hazırlığına başlayıb. Hərbçilər corabları geydikdən sonra bölgədəki PKK terror təşkilatına qarşı kəşfiyyat, müşahidə və dinləmə fəaliyyətinə keçiblər.

Nazirlik məlumatında Z.Barlasa xüsusi təşəkkürünü bildirib: “Soylu millətimizin qəhrəman övladlarını unutmayaraq bir-birindən gözəl corabları mehmetçiklərimizə bağışlayan, xeyir-duası ilə Türkiyə Silahlı Qüvvələrimizə dəstək olan 117 yaşındakı Zeliha nənəmizə bir daha təşəkkür edir, sağlam və xoşbəxt uzun ömür diləyirik. Zeliha nənəmizin əllərindən öpürük…”

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fərman buna görə gəmidə qalıbmış… – Video

Multimedia 24/01/2021 23:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. 

Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. 

Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov “XəzərXəbər”ə açıqlama verib.

Onun sözlərinə görə, Fərman İsmayılov 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq, sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda yaşayış binasında yanğın – Video

Multimedia 24/01/2021 19:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda yaşayış binasında yanğın baş verib.

Hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər

Multimedia 24/01/2021 17:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntülər paylaşıb.

“Report” həmin görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qadağanın son günündə Ələt postunda tıxac – Video

Multimedia 24/01/2021 16:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabahdan etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postların ləğv ediləcəyi səbəbindən Bakıya girişdə böyük tıxac yaranıb.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fərhad da, Polad da, Bülbül də öz yuvasında… – Video + Fotolar

Multimedia 24/01/2021 15:54
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşalılar artıq Şuşaya qayıdır… 28 ildən sonra Azərbaycanın qəhrəman oğullarının əfsanəvi döyüşü nəticəsində düşmən tapdağından azad edilən Şuşada bu gün şuşalılar addımlayır. Artıq iki məşhur Şuşalı öz yurduna qayıtdı.

“Qafqazinfo”nun Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli dünən Şuşaya səfər ediblər.

Atası Bülbülün ev muzeyinə baş çəkən səfir həyətlərindəki 150-yə yaxın yaşı olan ağacı qucaqlayaraq “bu ağaca atamın əlləri dəyib” deyərək kövrəlib. Daha sonra Vətən torpağını əllərinə sürtərək hələ də azad Şuşada olduğuna inanmağın çətin olduğunu deyir.

Polad Bülbüloğlu azad Şuşada ilk dəfədir olur, amma Şuşa düşmən işğalında olanda iki dəfə 2007 və 2009-cu illərdə o, Bülbülün evini ziyarət edə bilib. İndi isə Bülbülün evi muzey olacaq. Səfir özü ilə memar da gətirib və bərpa üçün ilkin hesablama işləri aparılıb.

Oxumağa dəyər:   Rusiyalı ekspert: "İlham Əliyev görkəmli siyasi xadim olduğunu sübut etdi"

Polad Bülbüloğlu deyir ki, atasının evini ziyarət edərkən keçirdiyi hisslər sözlə ifadə ediləsi deyil:

“Mən xoşbəxtəm. Allah dua edirəm ki, ölmədim bu günü gördüm. Mənim də yaşım çoxdur, ola bilərdi ki, bu günü, qələbəni görməyə bilərdim. Mən xoşbəxt adamam ki, Azərbaycan xalqının qələbəsini də gördüm, azad Şuşanı da gördüm, atamın evinə qayıtdım və bu gün mən buradayam. Şuşa Azərbaycanındır, Qarabağ Azərbaycanındır! Cənab Prezident bu günləri, bu anları, bu sevinci bizə bağışlayıb”.

P.Bülbüloğlu və Şəmsi Bədəlbəylinin nəvəsi Fərhad Bədəlbəyli daha sonra Şuşanın mərkəzində yerləşdirilən “Güllələnmiş heykəllər”i ziyarət edib. Səfir Şuşanın işğalından sonra ermənilər tərəfindən metallom kimi satılan həmin heykəlləri Heydər Əliyevin tapşırığı ilə necə əldə etdiyindən danışıb.

Bundan sonra məşhur şuşalılar Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinə baş çəkərək Azərbaycan xalqı, Azərbaycan əsgərləri üçün dua ediblər. Onlar, həmçinin Vaqifin məqbərəsini ziyarət ediblər.

Oxumağa dəyər:   Daha bir erməni hərbçinin meyiti Füzulidə tapıldı

Ardınca Cıdır düzündən Topxana meşəsinə baxıb Azərbaycanın Qüdsü, Kəbəsi olan Şuşanın havasını ciyərlərinə çəkərək qürurla doğma yurda qalib xalqın nümayəndəsi kimi, məğrur şuşalı kimi qayıtdıqlarına görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto

Multimedia 24/01/2021 12:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib.

Konsepsiyanın müəllifi Muxtar Ərturan çıxışında bildirib ki, Azərbaycan memarları tərəfindən Prezident İlham Əliyevin 03.12.2020-ci il tarixli  sərəncamına müvafiq olaraq  belə bir təşəbbüs irəli sürülüb:

“Layihə “İstiqlal zirvəsi adlanır və şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.  Konsepsiyanın ərsəyə gəlməsində azərbaycanlı memarlarla yanaşı türk memar və mühəndislərin də əməyi var. Bu konsepsiya Türkiyə və Azərbaycan birliyinin bir rəmzidir və konsepsiyanı təmənnasız olaraq şəhidlərin xatirəsinə həsr etmişik. Bir ananın iki qolu, bir amalın iki yolu. Biz bir millət, iki dövlətik.  Konsepsiyanın özəlliyi ondadır ki, qeyri-adi formatda hazırlanıb. Layihədə elə texnologiyalardan istifadə olunacaq ki, dünyada bunun analoqu olmayacaq. Bildirim ki, konsepsiya milli atributlarımızı özündə əks etdirir. Muzey həm yerli, həm də xarici turistlər üçün nəzərdə tutulub. Hələ ki biz bunu konsepsiya olaraq ictimaiyyətə təqdim edirik.  Buna görə də onun maliyyə tutumunu indidən demək mümkün deyil. Layihə təsdiqlənərsə, onun tikintisi həyata keçiriləcək. Muzey eyni anda 350-500-ə yaxın insan qəbul etmək gücündə olacaq”.

Oxumağa dəyər:   Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı

Qeyd edək ki, layihə müəllifi tərəfindən təqdim edilən konsepsiya “İstiqlal  Zirvəsi” adlanır. Kompleks milli atributlarımızdan olan və türk dünyası simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz, ultramüasir, çoxmərtəbəli bina şəklində layihələndirilib.  Kompleksin paytaxt Bakı şəhərinin ən yüksək yerində Teleqüllənin qərb istiqamətində tikilməsi planlaşdırılır.  Landşaftın dairəvi formada olması gələcəkdə 8 Noyabr Zəfər marşı üçün hərbi zirehli texnikanın və insan kütləsinin bayram etməsinə kömək edə bilər. Kompleksin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan birliyini əks etdirən gerb Azərbaycanın bayrağının üçrəngli simvolları ilə əhatə olunacaq. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları əks olunacaq.  Şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq. Bu simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur.  Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşaiət olunacaq

Oxumağa dəyər:   Rusiyada iki yol qəzası: 8 nəfər ölüb, 1 nəfər yaralanıb

30 metr hündürlüyündə olan Əbədi məşəl dünyanın ən böyük məşəli olacaq. Muzeydə həmçinin Ulu Öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi, Xocalı soyqırımı və 20 Yanvar qətliamı ilə bağlı zallar olacaq.

Xüsusi texnologiyalardan sayılan “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş Xocalı zalına xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsi ilə daxil olunacaq. Hərəkətli eskalatorlar üzərində olan insanlar 1 dəqiqə müddətində bu zaldan keçəcək.

7D sinema Zəfər muzeyinin Milli Qəhrəmanlarımıza və onların göstərdiyi şücaətə həsr edilməsi nəzərdə tutulur. Beləliklə xalq öz qəhrəmanlarını yaxından canlı olaraq tanıyacaq və “Real Time” izləyəcək.  Bu format layihə dünyada bir yenilikdir. 

Kompleksdə həmçinin smart muzey, smart kitabxana, smart rəsm qalereyası, Turan birliyi mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və  fərqli təyinatlı otaqların olması da planlaşdırılır.

Smart muzey elektron və vizual tablolarla təchiz ediləcək. Hərbi sənaye zalında isə hərbi texnikalarımızdan ibarət sərgi zalı olacaq.

Oxumağa dəyər:   İdarə rəisi: "İşğaldan azad olunmuş ərazilərində ədliyyə qurumlarının fəaliyyəti bərpa edilir"

Muzeydə həmçinin istiqlal mücadiləmizi əks etdirən filmləri nümayiş etdirmək üçün də zalların olacağı bildirilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 25/01/2021 22:12

General Etibar Mirzəyev hadisə yerində – VİDEO

Read more
Multimedia 25/01/2021 20:09

Füzulinin Dövlətyarlı kəndi – Video

Read more
Multimedia 25/01/2021 20:07

Xırdalandakı partlayışdan – Fotolar – VİDEO

Read more
Multimedia 25/01/2021 19:27

250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video

Read more
Multimedia 25/01/2021 18:34

Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO

Read more
Multimedia 25/01/2021 17:57

FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2021 17:17

Füzulinin daha bir kəndindən videogörüntülər

Read more
Multimedia 25/01/2021 17:02

Bakıda oğurluq edən dəstə tutuldu – Video

Read more
Multimedia 25/01/2021 15:52

Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçiləri – VİDEO

Read more
Multimedia 25/01/2021 14:53

Türkiyədə 117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb – VİDEO

Read more
Multimedia 24/01/2021 23:37

Fərman buna görə gəmidə qalıbmış… – Video

Read more
Multimedia 24/01/2021 19:07

Bakıda yaşayış binasında yanğın – Video

Read more
Multimedia 24/01/2021 17:59

Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər

Read more
Multimedia 24/01/2021 16:47

Qadağanın son günündə Ələt postunda tıxac – Video

Read more
Multimedia 24/01/2021 15:54

Fərhad da, Polad da, Bülbül də öz yuvasında… – Video + Fotolar

Read more
Multimedia 24/01/2021 12:42

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto

Read more
Multimedia 24/01/2021 11:34

Füzulinin Aşağı Veysəlli kəndi – Video

Read more
Multimedia 23/01/2021 17:57

Bu da Kəlbəcərin Qamışlı kəndi – Video

Read more
Multimedia 23/01/2021 17:19

Qubadlıda xidmət edən hərbçilərə ərzaq məhsulları göndərilib – VİDEO

Read more
Multimedia 23/01/2021 15:12

Ayaqqabısında qızıl sikkələr keçirən şəxs saxlanıldı – Video

Read more
Multimedia 23/01/2021 14:12

Cəbrayılın Aşağı Maralyan kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/01/2021 19:44

“Tik-Tok”da narkotiki təbliğ edən şəxs həbs olundu – Video

Read more
Multimedia 22/01/2021 17:02

Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/01/2021 15:44

Polislər karantini pozub məclis təşkil edib? – DİN-dən açıqlama – VİDEO

Read more
Multimedia 22/01/2021 15:22

Şahbaz Quliyevin anası vəfat etdi – VİDEO

Read more
Multimedia 22/01/2021 14:02

Sərhəddən 38 ədəd “iPhone 12” keçirmək istədi – Video

Read more
Multimedia 22/01/2021 13:37

Füzulinin Qarğabazar kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/01/2021 12:09

“Azərişıq”dan daha bir yenilik… – Video

Read more
Multimedia 22/01/2021 11:27

Bakıda silahlı şəxslər tutuldu – Video

Read more
Multimedia 22/01/2021 10:52

Şuşada yeni yarımstansiya tikilir – Video

Read more
Xəbər 22/01/2021 10:19

ABŞ tarixində yeni dönəm: Feyziyevin şərhi – VİDEO

Read more
Multimedia 22/01/2021 00:22

İlham Əliyevlə Türkmənistan Prezidenti arasında səmimi dialoq – Video

Read more
Multimedia 21/01/2021 16:22

Füzulinin Dördçinar kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 20/01/2021 20:22

“Azəriqaz” jurnalistin müraciətini araşdırdı – Video

Read more
Multimedia 20/01/2021 18:32

İşğaldan azad olunmuş daha bir kənddən – Video

Read more
Multimedia 20/01/2021 18:02

Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəldi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla