Sabah Böyük Britaniyanın London şəhərində Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə energetika naziri Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

İclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlığa dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulur.

İstinadlar Report