Bərdədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qafarov Fərid Müşviq oğlu idarə etdiyi “Vaz-2107” markalı avtomobillə yolu keçmək istəyən Elxan adlı kişini vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.

Qeyd edək ki, F.Qafarov sabah hərbi xidmətə yollanmalı idi.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo