Sabah bu ərazilərdə qaz olmayacaq

Sumqayıt və Gəncədə təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də saat 09:00-dan aşkarlanan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində və H.Z.Tağıyev qəsəbəsində qaz verilişində fasilələr olacaq. Saat 09:00-dan 18:00-dək eyni səbəbdən Gəncə şəhərində də bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

İstinadlar Qafqazinfo

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah səhər saat 09.00-dan etibarən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun bir qəsəbə və 11 kəndində qaz təchizatı dayandırılacaq. 

“Azəriqaz”dan verilən məlumata görə, saat 10.00-dan işlər yekunlaşana qədər qaz xətlərinə qoşulma, qaz xətlərinin yerinin dəyişdirilməsi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsində və Bağlar massivində, Abşeron rayonu, Xırdalan şəhərində, Masazır, Ceyranbatan və Saray qəsəbələrində, eləcə də Pirallahı Yeni qəsəbə ərazisində bir qrup istehlakçının, Ağstafa rayonunda isə 11 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

İstinadlar Qafqazinfo