Sabah saat 10:00-da “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul Şəmkir şəhəri, Cahangir Əliyev 33 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçiriləcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Şəmkir Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

“Azərişıq” vətəndaşların diqqətinə çatıdırır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

İstinadlar Report