Saatlı rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Hadisə rayonun Əlisoltanlı kəndi qeydə alınıb.

Belə ki, “Mercedes” markalı qoşqulu yük maşını ilə “VAZ-2109” markalı minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə zamanı Saatlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Nuriyev Xaqani Firudin oğlu və 1991-ci il təvəllüdlü İmanquliyev Şamxal Münasib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report