
Saatlı rayonunda hamilə qadın döyülüb.
Hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.
T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər: “Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər”.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: “Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır.