Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.

Hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu sərinləmək məqsədi ilə Araz çayına gəlib. O, çayda çimərkən boğularaq batıb.

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yaxınlığında aşkar edilib.

İstinadlar Report