
“Gürcüstanı inkişaf yoluna qaytarmaq və Avro-Atlantik məkana stabil inteqrasiyasını təmin etmək üçün artıq hakimiyyəti demokratik əsaslarla dəyişməyin vaxtı çatıb, Son dörd ildə Gürcüstanda inkişaf əvəzinə süst durğunluq hökm sürür. Buraya hökumətin Gürcüstanın strateji maraqlarına cavab verməyən qeyri-müəyyən oriyentasiyasını da əlavə etmək olar”Virtualaz-org-un Tbilisi bürosu bildirir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xanımı, qarşıdakı parlament seçkilərində namizədliyini irəli sürmüş Sandra Rulofs bəyan edib. Bununla o həm də böyük siyasətə qoşulduğunu bir daha bəyan edib.
“Mənə elə gəlir ki, bu məsələdə əhəmiyyətli rol oynaya bilərəm. Biz vahid və daha güclü Gürcüstan uğrunda – harada ki enerji və ehtiyatlarımız bir-birimizlə qarşıdurmaya yox, inkişafa və rifaha xidmət edəcək –birgə işləyəcəyik”, – deyə yeni siyasətçi vurğulayıb.
Rulofs onu da bəyan edib ki, o, siyasi fəaliyyətini “Gürcüstanda, İraqda, Əfqanıstanda və Ukraynada mübarizə aparan və həyatlarını öz vətənləri uğrunda qurban verən qəhrəmanlara həsr edir”.