Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşviliyə qarşı prokurorluq rəsmi şəkildə yeni ittiham elan edib.

Saakaşvili bu dəfə dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur. Buna görə cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Qeyd edək ki, oktyabrın 1-dən həbsdə olan Saakaşviliyə qarşı iki cinayət işi üzrə hökm oxunub. O, “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin qətlində və deputat Valeri Gelaşvilinin döyülməsində günahlandırılır. 

İstinadlar Qafqazinfo