Gürcüstan polisi bu gün Tbilisinin mərkəzində ölkənin keçmiş Prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə keçirilən aksiyanın iki iştirakçısını saxlayıb.

Saxlanılan şəxslər hökumət administrasiyasının binası üzərinə “Mişaya azadlıq!” yazmaq istədikdə polis tərəfindən saxlanılıb.

Məlumata əsasən, etiraz aksiyası Saakaşvilinin əsasını qoyduğu “Vahid Milli Hərəkat” müxalif partiyası tərəfindən təşkil olunub.

Qeyd edilir ki, hazırda hökumət administrasiyasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında görüş keçirilir.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar Pentaqon rəhbərinə Rustavi həbsxanasında 18-ci gündür ki, aclıq aksiyasını davam etdirən Saakaşvilinin taleyini xatırlatmaq istəyirlər.

İstinadlar Qafqazinfo