Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb.

Gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz hesabında paylaşıb.

Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I’m Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib.